Qrup "Varçabend" adlandırılıb.
Ermənistanın 60 yaşlı baş naziri Nikol Paşinyan öz musiqi qrupunun yaradıldığını elan edib.
O. özünün “Facebook” səhifəsində qrupun loqosunu və adını "Varçabend" olaraq paylaşıb. Ad ermənicə "premyer" və ingiliscə "band" sözlərinin ilk iki hecasından əmələ gəlib.

Yanvarın ortalarında Paşinyan qrupun ilk çıxışının yanyarın 30-da Yerevanda baş tutacağını açıqlayıb. O, konsertin keçiriləcəyi yerin təfərrüatlarının daha sonra açıqlanacağını və əvvəlcədən qeydiyyatdan keçməklə iştirakın mümkün olacağını bildirib.
Paşinyanın musiqiyə marağı ötən il nəzərə çarpmağa başlayıb. 2025-ci ilin avqust ayında media onun və həyat yoldaşı Anna Akopyanın musiqi alətlərini, xüsusən də gitara və nağara çalmağı öyrənməyə başladığını bildirib. Daha sonra baş nazir dəfələrlə sosial mediada nağara çalarkən çəkilmiş videolarını paylaşıb./lent.az