Tramp baş naziri 45 dəqiqə danlayıb: hücum anonsu verib – KİV


“2025-ci ilin yanvar ayında ABŞ Prezidenti Donald Tramp Danimarkanın Baş naziri Mette Frederikseni Qrenlandiyaya görə tənqid edib”.

Turkustan.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” (NYT) qəzeti adı açıqlanmayan Avropa rəsmilərinə istinadən məlumat yayıb.

Məqalədə deyilir ki, Tramp rəsmi olaraq dövlət başçısı vəzifəsinə başlamazdan əvvəl, 7 yanvar tarixində Vaşinqtonun Qrenlandiyanı ələ keçirmək üçün hərbi gücdən istifadə edə biləcəyini ilk dəfə etiraf edib.

“Növbəti həftə Frederiksen Trampla qızğın telefon danışığı aparıb. Ağ Ev sahibi onu 45 dəqiqə ərzində danlayıb”, – deyə qeyd olunub.

Danimarka Baş naziri ötən ilin əvvəlində Trampla baş tutan söhbətə münasibət bildirməkdən imtina edib: “Bu, iki həmkar arasında telefon danışığı olaraq qalmalıdır”.

Qeyd edək ki, Tramp administrasiyası Qrenlandiya ilə bağlı hakimiyyət orqanlarına təklif oluna biləcək bir saziş layihəsi üzərində işləyir./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ