İranda QƏRİBƏ HADİSƏ: Sərnişinləri artıq çəkiyə görə təyyarədən düşürdülər


İranın paytaxtı Tehranın Mehrabad hava limanında uçmağa hazırlaşan sərnişin təyyarəsində 2 sərnişin "artıq çəki" səbəbi ilə endirilib.

Turkustan.azxəbər verir ki, adı açıqlanmayan sərnişinlərdən biri danışaraq baş verənlərə münasibət bildirib.

Sözügedən sərnişin, "Tehran-Hürem Abad reysinə hazırlaşan sərnişin təyyarəsində çox ağırlıq olduğu əsas gətirilərək iki könüllüdən təyyarədən enmələri istənilib. 2 saat təyyarədə gözlədik mən və bir başqası sərnişin düşdü və təyyarə Mehrabad hava limanından qalxdı".

Aviaşirkətə reaksiya verən sərnişin, "Aviaşirkət bilet satışı zamanı lazımi qayğını görməli, təyyarənin vəziyyətini və sərnişin sayını hesablamalı idi" deyib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ