Ərdoğanın İsrailə qarşı ittifaq çağırışı dünya mediasında yer aldı


Prezident Ərdoğanın işğalçı İsrailə qarşı ittifaq çağırışı dünya mediasında geniş əks-səda doğurub. Başda ABŞ, Rusiya və İran qəzetləri olmaqla Yaxın Şərq mediası da Ərdoğanın açıqlamalarını oxuculara çatdırıb.

Turkustan.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Qəzzaya ölüm yağdıran qatil İsrailə qarşı ittifaq çağırışı Rusiyadan ABŞ-a, İrandan İsrailə, Livandan Birləşmiş Ərəb Əmirliklərinə qədər bir çox ölkədə rezonans doğurub.

İsrail mətbuatından olan “Maariv” qəzeti prezident Ərdoğanın “İslam ittifaqı”nı bir araya gətirmək üçün hərəkətə keçdiyini və Misir prezidenti Sisinin Türkiyəyə səfərinin də bu addımlardan biri olduğunu yazıb. Qəzet Sisinin Türkiyə səfərinin fonunu vurğulayaraq, “Ərdoğan İsraili dayandırmaq üçün İslam ittifaqına çağırdı. Ərdoğan “İsrailin bərbadlığını, İsrail quldurluğunu, İsrail dövlət terrorunu dayandıracaq tək addım İslam ölkələrinin ittifaqıdır” deyərək bu məsələdəki qətiyyətini dünyaya bəyan edib.

Eləcə də ərəb mətbuatı prezident Ərdoğanın İslam dünyasını İsrailə qarşı birgə hərəkət etməyə çağırmasına geniş yer verdi.

Yaxın Şərq xəbərləri ilə tanınan “Middle East Eye” və “Arab News” və Livanın “El Meyadin” telekanalı Ərdoğanın sözlərini manşetlərinə çıxarıb. El Meyadin televiziyası “Ərdoğan İsrailə qarşı İslam ittifaqı çağırır” başlığı ilə tamaşaçılarına müraciət edərək, Misir prezidenti Sisinin Türkiyəyə səfərinin bu baxımdan əhəmiyyətli olduğunu bildirib.

Rusiyada dövlət kanalı RT də prezident Ərdoğanın İsrailə qarşı ittifaq çağırışına geniş yer verib. Rusiya kanalı Ərdoğanın “İslam dünyası tək səs olarsa, İsrail dayandırıla bilər” ifadəsinə yer verib və əlavə edib: “Ərdoğan İsrailə qarşı İslam ittifaqı istəyir”. “Ərdoğanın çağırışı təkcə ərəb dünyasında deyil, həm də dünyada rezonans doğurmaqda davam edir.

Digər tərəfdən, Amerikanın New York Post qəzeti, prezident Ərdoğanın İsrailə qarşı ritorikasını sərtləşdirməklə yanaşı, İslam dünyasını bir araya gətirməyə çalışdığını oxucularına çatdırıb. Qəzet bu xəbəri belə bir açıqlama ilə yayıb: “Türkiyə prezidenti Ərdoğan İsrailin genişlənməsi ilə artan təhlükəyə qarşı İslam ittifaqını bir araya gətirir”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ