Ağ Ev: Bizim məqsədimiz mümkün qədər tez atəşkəs əldə etməkdir


İsrailin Fələstində dinc əhaliyə qarşı zorakılığı davam edərkən, Ağ Evdən yeni açıqlama gəlib.

Turkustan.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik müşaviri Jake Sullivan İsrailin Qəzza zolağında səkkiz aydır davam edən müharibəyə son qoymaq üçün atəşkəs qanun layihəsini dəstəklədiyini və məqsədin HƏMAS ilə problemlərin qısa müddətdə həll edilməsi və razılığa gəlmək olduğunu açıqlayıb.

Sullivan G7 liderlərinin İtaliyanın cənubunda keçirilən toplantısında jurnalistlərə bildirib ki, liderlər HƏMAS-ı qanun layihəsini qəbul etməyə təşviq etməlidirlər.

HƏMAS ABŞ-ın atəşkəs təklifini alqışlasa da, atəşkəs maddələrində bəzi dəyişikliklər tələb edib və razılaşmanın müharibəni tamamilə bitirməli olduğunu bəyan edib.

Müharibənin daimi sona çatmasını hələ də qəbul etməyən İsrail bəyan edib ki, HƏMAS-ın ABŞ-ın atəşkəs planına cavabı tamamilə rədd etmək deməkdir.

Digər tərəfdən, vasitəçilər Qətər və Misir atəşkəsə nail olmaq üçün səylərini davam etdirirlər.

Ötən ilin noyabrında əldə olunmuş qısa bir həftəlik atəşkəsdən bəri, HƏMAS-ın müharibəyə daimi son qoyulması və İsrailin Qəzzadan tamamilə çıxarılmasında israrlı olması səbəbindən atəşkəs cəhdləri uğursuzluqla nəticələnib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ