Çinin Tayvanı qəzəbləndirən qərarından sonra BMT-dən açıqlama


Suverenlik mübahisəsi olan Tayvanın yeni lideri Lai Çinq-tenin vəzifəyə başlamasından üç gün sonra, Çin adanı və onun ətrafını əhatə edən hərtərəfli hərbi təlimə başladıqdan sonra BMT mötədilliyə çağırıb.

Turkustan.az xəbər verir ki, BMT-nin sözçüsü Stefan Dujarrik Tayvan yeni liderinin hərbi təlimlərlə bağlı qərarından sonra bölgədə artan gərginliyə görə Çin və Tayvana çağırış edib.

Tayvan boğazındakı hadisələri yaxından izlədiklərini ifadə edən Dujarrik, "Bütün tərəfləri bölgədə gərginliyi artıracaq addımlardan qaçmağa çağırırıq" dedi.

Düjarrik BMT-nin Baş Assambleyanın Çinlə bağlı 1971-ci il qətnaməsinə uyğun hərəkət etdiyini bildirib.

Suverenlik mübahisəsi olan Tayvanın yeni lideri Lai Çinq-te vəzifəyə gəldikdən üç gün sonra Çin adanı və onun ətrafını əhatə edən hərtərəfli hərbi təlimlərə başladığını açıqlayıb.

Çin Xalq Respublikasının ərazisinin bir hissəsi olduğunu iddia etdiyi Tayvan 1949-cu ildən faktiki olaraq müstəqilliyə malikdir. Çin və Tayvan arasındakı ayrılıq hələ də davam edir.

Son illərdə Tayvana hərbi təzyiqləri artıran Pekin administrasiyası, adanın materiklə birləşdirilməsi üçün lazım gələrsə, güc tətbiqini istisna etməyəcəyini vurğulayır.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ