Oman Xarici İşlər Nazirliyindən İsrailə qınaq


Omanın Xarici İşlər Nazirliyi İsrailin pilotsuz təyyarələrin İrana hücumunu pisləyən bəyanatla çıxış edib.

Turkustan.az xəbər verir ki, Oman Xarici İşlər Nazirliyindən verilən açıqlamada İsrailin hücumları bir daha pislənilib.

Nazirliyin açıqlamasında: “Xarici İşlər Nazirliyinin sözçüsü bəyan edib ki, Oman Sultanlığı regionda davam edən gərginliyi izləyir və İsrailin bu səhər İran İslam Respublikasının İsfahan şəhərinə hücumunu pisləyir. "Bundan başqa, İsrailin bölgəyə təkrar hərbi hücumları da qınanılır."

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ