İran: "İsrailə hücumla bağlı ABŞ-ı məlumatlandırdıq"


İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəsinin İsrailə hücumundan əvvəl ABŞ-ı məlumatlandırdıqlarını bildirib. Abdullahiyan əlavə edib ki, ABŞ-ın bölgədəki bazaları və maraqlarının hədəf alınmayacağı barədə ABŞ-ı məlumatlandırıblar.

Turkustan.az xəbər verir ki, Bu barədə tənqidi bəyanatla İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.

Entekhab xəbər saytının məlumatına görə, Abdullahiyan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) iclasında iştirak etmək üçün getdiyi Nyu Yorkda mətbuat mənsublarının suallarını cavablandırıb.

Abdullahiyan, “ Biz əməliyyatdan əvvəl ABŞ-a ( İsrailə ) açıq şəkildə bildirdik ki, əməliyyatın başlamasından sonra İsrailə hərbi müdafiə dəstəyi verməmək şərti ilə bölgədəki ABŞ bazalarını və maraqlarını hədəf almayacağıq".

İsveçrənin iki ölkə arasında ünsiyyətə vasitəçilik etdiyini bildirən İranlı nazir, “Əməliyyatdan sonra bazar günü yerli vaxtla saat 02.30-da ABŞ-a göndərdiyimiz mesajda bölgədəki gərginliyi genişləndirmək istəmədiyimizi çatdırdıq".

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ