Süni intellekt xəstəliklərin diaqnostikasında istifadə olunmağa başladı


Taylandda süni intellekt texnologiyası "depressiya və intihar düşüncələri" olan insanlara kömək etmək üçün istifadə olunur.

Turkustan.az xəbər verir ki, Taylandın Milli Sağlamlıq Təhlükəsizliyi Ofisi (NHSO) tərəfindən istifadə edilən “AI DMIND” adlı süni intellekt texnologiyası xəstələrin psixoloji vəziyyətini qiymətləndirməyi asanlaşdırır.

Tayland Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Bölməsi və Banqkok Çulalonqkorn Universitetinin Sağlamlıq və Mühəndislik fakültələri tərəfindən birgə hazırlanmış süni intellekt texnologiyası nazirliyin səs yazılarını təhlil edərək xəstələrin “depressiya əlamətlərini və intihar düşüncələrinə meylliliyini” aşkar edə bilir.

Bildirilib ki, “AI DMIND” texnologiyası sınaq mərhələsində Taylandın təcrübəli psixiatrları tərəfindən qiymətləndirilib və ilkin nəticələrə əsasən, diaqnozlarının dəqiqliyi ilə bağlı “keçid qiyməti” alıb.

Bildirilib ki, NHSO çərçivəsində həyata keçirilən “AI DMIND” texnologiyası geniş xəstə bazasına çıxışı asanlaşdırmaqla xəstələrin müalicə prosesinin sürətləndirilməsinə töhfə verib.

Chulalongkorn Universiteti Sağlamlıq Fakültəsinin Dekan müavini Prof. Dr. Nijasri Charnnarong, açıqlamasında son illərdə psixoloji pozğunluqların artdığına diqqət çəkərək, "Təkcə keçən il 15 yaşdan yuxarı təxminən 1,5 milyon insana (Taylandda) diaqnoz qoyuldu. Onların yalnız üçdə biri müvafiq müalicəyə başladı”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ