Türkiyənin vitse-prezidenti Fuat Oktay Prezidentin Mədəniyyət və İncəsənət Siyasəti Komitəsinin üzvü, prezidentin müşaviri Hümeyra Şahinlə İstanbulda ailə qurub.
Turkustan.az xəbər verir ki, bu barədə "Hürriyet" məlumat yayıb.
Oktay və Şahinin toyu prezident Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğanın şahidlik etdiyi mərasimlə keçirilib.
Toy mərasimində cütlüyün ailəsi və yaxınları da iştirak edib. (publika.az)