İranda qadınlar hicab qanunlarına cavab olaraq başlarını açırlar: Hicaba yox şüarları...


İranda qadınların bir çoxu ölkədə getdikcə sərtləşən geyim qanunlarına cavab olaraq həm qapalı yerlərdə, həm də ictimai yerlərdə hicabsız foto və videolarını paylaşır.İranda 1979-cu il İslam İnqilabından sonra qüvvəyə minən şəriət qanunlarına əsasən, bütün qadınlar ictimai yerlərdə hicab və uzun, boş paltar geymək tələb olundu, hicab taxmayan qadınlar cərimələnərək həbs olunmağa başlanılıb.

Türküstan.azxəbər verir ki, inqilabdan illər sonra dövlət məmurlarının bu qanunu həyata keçirməkdə çətinlik çəkdiyi və qadınların geyiminə bütün ölkədə bərabər nəzarət olunmadığı bildirilir.İyul ayında "Hicab və İffət" günü keçirilir. Bu gün qadınların hicab qaydasına əməl etməsi üçün bir sıra tədbirlər keçirilir. Məsələn, İranın paytaxtı Tehrandakı futbol stadionunda qadınları başlarını örtməyə təşviq etmək üçün mitinq keçiriləcəyi xəbəri yayılıb.Digər tərəfdən, İranın məhkəmə hakimiyyətinin başçısı hicab əleyhinə olanları "islamın and içən düşmənləri" adlandırıb. Respublika" yazıb və xüsusi xidmət orqanlarından bu şəxslərə qarşı tədbir görülməsini tələb edib. Polis rəsmiləri isə bildiriblər ki, ictimai nəqliyyat xidmətlərində, dövlət qurumlarında və banklarda çalışanlar hicab taxmayan və ya düzgün taxmayan qadınlara xidmət göstərməməlidir.

Qadınlar hicablarını çıxarmaq qərarına gəliblər. Ölkədə bir çox kişi də bu hərəkatı dəstəkləyib.İngiltərədə yerləşən "İndependent" qəzetinə danışan Beynəlxalq Amnistiya Təşkilatından Allan Hoqart bildirib ki, İran uzun müddətdir geyindiyi paltarı seçmək hüququndan istifadə etmək istəyən qadınlara təzyiq edir., və davam etdi: Bu cinsiyyətçi qanunlara qarşı mövqe tutan cəsur qadınlar, üzərlərinə götürdükləri riskin fərqindədirlər.Monire, Yasaman və Mojgan adlı üç gənc iranlı qadın qadınlara gül payladıqları üçün 30 ildən çox həbs cəzasına məhkum ediliblər. Tehranda hicabsız metroya minməsi qadağandır.

İranlı və amerikalı jurnalist və qadın hüquqları müdafiəçisi Məsih Əlinejad sosial media hesabında yazıb ki, "İranlı qadınlar bu dini rejimi sarsıdacaq və hicablarını çıxaracaq və "Hicaba yox" şüarları ilə küçələrə çıxacaqlar. Əlavə edib ki, kişilər də qadınlara qoşulacaq.

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ