Britaniya Rusiya ilə artan gərginlik və Avropada müharibə ehtimalı ilə bağlı narahatlıqlar fonunda hərbi hazırlıqlarını gücləndirir.
Turkustan.az xəbər verir ki, ölkə İkinci Dünya müharibəsindən bəri ilk dəfə olaraq keçmiş hərbçiləri mümkün səfərbərliyə hazırlamaq üçün hərəkətə keçib.
Turkustan.az xəbər verir ki, Britaniya Müdafiə Nazirliyi strateji ehtiyatda olan təxminən 100 min keçmiş hərbçiyə məktub göndərərək onları mümkün müharibə vəziyyətində hərbi xidmətə çağırışa hazır olmağa dəvət edib.
Məktublarda keçmiş hərbçilərdən əlaqə məlumatlarını yeniləmələri, hazırda çalışdıqları iş yerləri və mülki həyatda əldə etdikləri bacarıqlar barədə məlumat vermələri istənilib.
Bu addım Britaniyanın mümkün hərbi təhlükələrə qarşı müdafiə qabiliyyətini gücləndirmək və ehtiyac yarandığı təqdirdə strateji ehtiyat qüvvələrini səfərbər etmək məqsədi daşıyır.
Aytən Yaşar/ Turkustan.az