Kim Çendən Putinə mesaj: “Yanınızdayıq”


Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik edib və Rusiyanın apardığı müharibədə qələbə qazanacağına əmin olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Kim Çen In Putinlə yaxşı dostluq münasibətləri qurmasından və iki ölkə arasında əlaqələrin inkişafında yeni mərhələnin başlanmasından məmnun olduğunu qeyd edib.

Kim Putinin rəhbərliyi altında Rusiyanın “güclü və çiçəklənən bir ölkə” olduğunu bildirib.

Şimali Koreya lideri ölkəsinin Rusiya ilə strateji tərəfdaşlığın genişləndirilməsini dəyişməz siyasət kimi qəbul etdiyini vurğulayıb.

“Rusiya xalqının öz suverenliyini, təhlükəsizlik maraqlarını və ərazi bütövlüyünü müdafiə etmək üçün apardığı müqəddəs ədalət mübarizəsinin qaçılmaz olaraq qələbə ilə başa çatacağına qəti əminəm. Sizə və Rusiya Federasiyasına sarsılmaz dəstəyimi bir daha bildirirəm”, – Kim Çen In deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ