ABŞ Prezidenti Donald Trampın İrana mümkün hücumların vaxtını qiymətləndirdiyi və orduya buna hazır olmağı tapşırdığı iddia edilir.
Turkustan.az xəbər verir ki, “Axios”un məsələyə yaxın mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) İrana qarşı mümkün hərbi əməliyyatlarla bağlı hazırlıqları başa çatdırmağı tapşırıb.
Direktivdə potensial hücum üçün konkret vaxt çərçivəsi göstərilməsə də, Trampın hələ də əməliyyatın vaxtını qiymətləndirdiyi bildirilir.
ABŞ və İsrail mənbələri isə mümkün hücumların ABŞ-da noyabrın 3-də keçiriləcək ara seçkilərindən və İsraildə oktyabrın 27-də keçiriləcək seçkilərdən əvvəl baş verə biləcəyini bildiriblər.
AYtən Yaşar/ Turkustan.az