Türkiyənin İsraillə ticarət əlaqələrini dayandırdığını və bu ölkəyə məhsul ixracına məhdudiyyət tətbiq etdiyini açıqlamasına baxmayaraq, İsrail marketlərində Türkiyə istehsalı olan məhsulların satışda olduğu müşahidə edilir.
Turkustan.az xəbər verir ki, məhsulların bir qisminin üzərində ivrit dilində məlumatların və etiketlərin yer alması onların İsrail bazarı üçün nəzərdə tutulması ilə bağlı suallar yaradır.
Türkiyədən İsrailə ixracın dayandırıldığı bildirildiyi halda, sözügedən məhsulların İsrail bazarına hansı yollarla daxil olduğu məsələsi diqqət çəkir.
Bəs bu necə olur? Türkiyə mediası və sosial şəbəkə istifadəçiləri buna niyə susur?
Qeyd edək ki, Türkiyə rəsmiləri İsrailə qarşı ticarət məhdudiyyətləri tətbiq edildiyini və İsraillə ticarətin dayandırıldığını bildiriblər.
Həmin fotoları təqdim edirik:
/Globalinfo.az






