Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu


Ukrayna paytaxtı Kiyevdə dron hücumları zamanı azərbaycanlı həlak olub.

Turkustan.az Report-a istinadla xəbər verir ki, ölən şəxs 71 yaşlı Ukrayna vətəndaşı Əkbərov Aşur Bəhlul oğludur.

Məlumata görə, əslən Azərbaycanın Lənkəran rayonundan olan A. Əkbərov Kiyevin Vişnevka rayonunda yaşayıb.

Sentyabrın 27-si səhər saatlarında şəxsi avtomobili ilə işə gedərkən yolda Rusiya ordusunun dron hücumuna tuş gəlib, yerindəcə keçinib.


MANŞET XƏBƏRLƏRİ