Türkiyədə daha bir naməlum dəniz dronu aşkarlanıb


Türkiyənin Artvin vilayətində daha bir naməlum dəniz pilotsuz aparatı aşkarlanıb.

Turkustan.az xəbər verir ki, hadisə ilə əlaqədar Hopa limanı və Esenkıyı sahilinə Türkiyə Sahil Mühafizəsinin bölmələri göndərilib.

Pilotsuz aparatın mənşəyi və kimə məxsus olması barədə hələlik rəsmi məlumat verilməyib.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya və Ukraynaya dəniz akvatoriyasında ticarət gəmilərinə hücumların qarşısının alınması üçün xüsusi mexanizm yaradılmasını təklif edib. /bakivaxti.az/


MANŞET XƏBƏRLƏRİ