ORC Araşdırma Şirkəti Yeni Partiyanın yaradılmasından sonra keçirdiyi ilk ümumi seçki sorğusunun nəticələrini açıqlayıb.
Turkustan.az xəbər verir ki, iyulun 27-29-da Türkiyənin 26 vilayətində 1920 nəfərin iştirakı ilə keçirilən sorğuya əsasən, AK Partiya 32,5 faiz səslə birinci yerdə qərarlaşıb. Yeni yaradılan Yeni Partiya isə 19,4 faiz dəstəklə ikinci sırada yer alıb.
Sorğu iştirakçılarına "Bu bazar günü parlament seçkiləri keçirilsəydi, hansı partiyaya səs verərdiniz?" sualı ünvanlanıb.
Nəticələrə görə, CHP 11,8 faiz səslə üçüncü, Demokratlar Partiyası 8,5 faizlə dördüncü, MHP isə 8,1 faizlə beşinci yerdə qərarlaşıb.
Sorğunun nəticələri:
AK Partiya – 32,5%
Yeni Partiya – 19,4%
CHP – 11,8%
Demokratlar Partiyası – 8,5%
MHP – 8,1%
İYİ Partiyası – 5,6%
Zəfər Partiyası – 3,8%
BBP – 3,4%
Səadət Partiyası – 2,2%
Yenidən Rifah Partiyası – 2,0%
Digər partiyalar – 2,7%
Aytən Yaşar/ Turkustan.az