ABŞ-İran münaqişəsi yenidən alovlanır: Körfəz ölkələri də hədəfdə


ABŞ və İran arasında yenidən alovlanan münaqişə regionun digər ölkələrinə də yayılıb.

Turkustan.az xəbər verir ki, atəşkəsdən əvvəl baş vermiş qarşıdurmada olduğu kimi, İran Körfəz ölkələrindəki strateji obyektlərə və regiondakı ABŞ hərbi bazalarına zərbələr endirib. İranın İordaniyadakı ABŞ bazasına təşkil etdiyi hücum nəticəsində iki amerikalı hərbçi həlak olub.

Danışıqların uğursuzluqla nəticələnməsi və Hörmüz boğazındakı gərginliyin aradan qaldırıla bilməməsi Vaşinqtonla Tehran arasında qarşıdurmanın yenidən alovlanmasına səbəb olub.

İran ABŞ-ın Körfəz və Yaxın Şərqdə yerləşən hərbi bazalarını hədəfə almaqla yanaşı, ABŞ-a öz ərazilərində hərbi baza yerləşdirməyə imkan verən Körfəz ölkələrinə qarşı da hücumlar həyata keçirir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ