Hücumlardan sonra ABŞ və İran dünyanın gözlədiyi qərarı verdilər


Axios-un məlumatına görə, İran və ABŞ Hörmüz boğazı ətrafında qarşılıqlı hücumların dayandırılması və texniki danışıqların başlanması üçün bu həftə Qətərdə görüşə bilər.

Turkustan.az xəbər verir ki, adı açıqlanmayan ABŞ rəsmisinə istinadla bildirilir ki, tərəflər iyunun 30-da Qətərdə görüş keçirməyi və hərbi gərginliyi azaltmağı müzakirə edirlər. Məlumata əsasən, həm Vaşinqton, həm də Tehran "hələlik" hücumlardan çəkinmək barədə razılığa gəlib.

Digər ABŞ rəsmisi isə bildirib ki, tərəflər müvəqqəti olaraq hərbi əməliyyatlardan imtina edəcək və bu müddətdə gəmilərin Hörmüz boğazında sərbəst hərəkəti təmin oluna bilər.

Bununla yanaşı, İran mediasına danışan bir rəsmi texniki danışıqların ləğv edildiyini iddia edib. Məsələ ilə bağlı rəsmi təsdiq hələlik açıqlanmayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ