Ərdoğan Venesuelaya başsağlığı verdi


Türkiyə Prezidenti Rəcəp Tayyip Erdoğan Venesuelada baş verən 7,5 və 7,2 bal gücündə zəlzələlərdən sonra ölkə xalqına və hökumətinə başsağlığı verib.

Turkustan.az xəbər verir ki, prezident Ərdoğan sosial media hesabında paylaşdığı mesajda zəlzələlər nəticəsində həyatını itirənlərin yaxınlarının dərdini bölüşdüyünü bildirib və yaralananlara şəfa diləyib.

"Venesuelada baş verən iki ayrı zəlzələdə həyatını itirənlərin kədərini ürəkdən bölüşür, dost Venesuela xalqına və hökumətinə başsağlığı verir, yaralılara isə tezliklə sağalmalarını arzulayıram", – deyə, Ərdoğan qeyd edib.

Türkiyə lideri əlavə edib ki, Ankara bu ağır günlərdə Venesuela xalqının yanındadır və onlara dəstəyini davam etdirəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ