İlk dəfə: Bu ölkə dron sürüsünü məhv etdi - VİDEO


Cənubi Koreya Hərbi Hava Qüvvələrinin Raketdən Müdafiə Komandanlığı kiçik dronların kütləvi hücumunu dəf etmək üçün ilk döyüş atışlı təlimini keçirib.

Turkustan.az xəbər verir ki, bu barədə Cənubi Koreya Hərbi Hava Qüvvələrindən məlumat verilib.

Məlumata görə, eyni vaxtda 50 dron aşağı hündürlükdə hərbi mövqelərə hücum edib. Onların məhv edilməsi üçün səkkiz ədəd 20 mm kalibrli “Vulkan” zenit qurğusundan istifadə olunub. Dronların 44-ü 1 km məsafədə yaylım atəşilə məhv edilib, qalan 6 dron isə mobil lazer kompleksləri və atıcı silahlarla vurulub.

Komandanlıqdan bildirilib ki, bu, mövcud hava hücumundan müdafiə sistemlərinin bahalı zenit raketlərindən istifadə etmədən dron sürüsünə qarşı ilk praktik sınağıdır. /axar.az/


MANŞET XƏBƏRLƏRİ