Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Avropa müharibəyə son qoymaq üçün danışıqlarda mütləq iştirak etməlidir.
Turkustan.az xəbər verir ki, Zelenski səfərdə olduğu Estoniyanın paytaxtı Tallində Prezident Alar Karis ilə birgə mətbuat konfransında çıxış edib.
Rusiya-Ukrayna müharibəsinə son qoymaq səylərinə gəlincə, Zelenski dünən ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkov və kürəkəni Cared Kuşnerlə telefonla danışdığını xatırladıb.
Zelenski müharibəyə son qoymaq üçün lazım olan danışıqları müzakirə etdiklərini bildirib və Avropanın da prosesdə effektiv şəkildə iştirak etməli olduğunu vurğulayıb.
Zelenski bildirib ki, "Avropanın bu danışıqlarda qərar qəbuletmə proseslərində real və güclü səsə sahib olması lazımdır. Amerika diplomatik proseslərdə fəal iştirak etməyə hazırdır".
Aytən Yaşar/ Turkustan.az