Rusiyanın xarici işlər naziri Sergey Lavrov İsrailin Qəzzada hərəkətlərinin ABŞ prezidenti Donald Trampın Sülh Şurası ilə bağlı təşəbbüsünə zidd olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Lavrov Rusiyanın Perm şəhərində keçirilən "Beynəlxalq Xarici Siyasət Danışıqları"nda iştirak edib.
Burada çıxış edən Lavrov bildirib ki, Yaxın Şərqdəki vəziyyəti sabitləşdirmək üçün İran və ərəb ölkələri arasında birbaşa, konstruktiv dialoq zəruridir.
Bölgədəki silahlı münaqişələrə qarşı olduqlarını vurğulayan Lavrov bildirib ki, "Biz İran və Livanın daxili işlərinə hərbi müdaxilənin və İranda və qonşu ölkələrdə nüvə elektrik stansiyaları da daxil olmaqla mülki infrastrukturlara hücumların dərhal dayandırılmasının tərəfdarıyıq. Bunun heç birinin nə hüquqi, nə də mənəvi əsası yoxdur".
Lavrov Fələstindəki vəziyyətə toxunaraq İsrailin Qəzza zolağında və Qərb sahilində təcavüzkar hərəkətlər etdiyini vurğuladı.
Aytən Yaşar/ Turkustan.az