İsveçin Beynəlxalq İnkişaf Əməkdaşlığı və Xarici Ticarət naziri Benjamin Dusa bildirib ki, işğal olunmuş ərazilərdən gətirilən məhsulların Avropa İttifaqına rüsumsuz daxil olmasına icazə verilməməli, qanunsuz israilli köçkünlərə qarşı isə sanksiyalar tətbiq edilməlidir.
Turkustan.az xəbər verir ki, Dusa bu fikirləri Brüsseldə keçirilən Aİ ticarət nazirlərinin görüşü zamanı səsləndirib.
O, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin “Qlobal Donanma” fəallarına münasibətini əks etdirən görüntülərin Avropada münasibəti dəyişdirdiyini bildirib.
Dusanın sözlərinə görə, İsveç və Fransanın təşəbbüsü artıq daha geniş dəstək qazanır və Aİ Komissiyasından bu istiqamətdə konkret tədbirlərin tezliklə təqdim olunması tələb edilib.
Aytən Yaşar/ Turkustan.az