Ukrayna prezidenti Volodimir Zelenski Aİ liderlərinə göndərdiyi məktubda Almaniyanın Ukraynaya Avropa İttifaqında “assosiativ üzvlük” verilməsi təşəbbüsünü tənqid edib.
Turkustan.az xəbər verir ki, Zelenski bildirib ki, bu status Ukraynanın Aİ qurumlarında səsvermə hüququ olmadan iştirakını nəzərdə tutur və bu, Kiyevin blok daxilində təsir imkanlarını məhdudlaşdıracaq.
Almaniya kansleri Fridrix Merts isə Ukraynanın tam üzvlüyə qədər keçid mərhələsində Aİ iclaslarında və qurumlarında səsvermə hüququ olmadan iştirak etməsini təklif etmişdi. Onun sözlərinə görə, bu addım Rusiya ilə müharibənin başa çatdırılması istiqamətində razılaşmaya kömək edə bilər.
Aytən Yaşar/ Turkustan.az