İspaniyada Madriddə 150-dən çox ifrat sağçı və sağçı birliyin tələbi ilə Baş nazir Pedro Sançezin istefası və erkən seçkilər tələb edən nümayiş keçirilib.
Turkustan.az xəbər verir ki, əsasən "Sociedad Civil Española" (İspan Vətəndaş Cəmiyyəti) təşkilatı olan 150-dən çox ifrat sağçı və sağçı birlik tərəfindən təşkil edilən nümayişə əsas müxalifət Xalq Partiyası (PP) və ifrat sağçı Vox partiyası da dəstək verib.
Hakim Sosialist İşçi Partiyasının (PSOE) lideri, keçmiş Baş nazir Xose Luis Sapatero "mütəşəkkil cinayətkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə və saxtakarlıq" iddiaları ilə bağlı məhkəmə işində cavabdeh qismində ifadə vermək üçün çağırıldıqdan sonra, ifrat sağçıların rəhbərlik etdiyi nümayişdə çıxış edən assosiasiya liderləri Baş nazir Sançezin istefasını və erkən seçkilərin keçirilməsini tələb etdilər.
Aytən Yaşar/ Turkustan.az