Zelenski: Ukraynanın Şimal sərhədlərində müdafiə gücləndirilir


Ukrayna prezidenti Volodimir Zelenski Rusiya Bryansk bölgəsi və Belarusdan gələn təhlükələr fonunda ölkənin şimal sərhədlərində təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirib.

Turkustan.az xəbər verir ki, Zelenski axşam müraciətində Kiyev və Çerniqov vilayətlərində müdafiə sistemlərinin gücləndirildiyini qeyd edib.

Dövlət başçısı Slavutiçdə yerli icmaların rəhbərləri ilə görüşdüyünü və regionlarda müdafiə hazırlığının artırıldığını vurğulayıb.

Zelenski bildirib ki, hazırda Çerniqov–Kiyev istiqamətində müdafiə tədbirləri üçün maliyyələşmə təmin olunub və əsas məqsəd şimal bölgələrində əhalinin təhlükəsizliyini artırmaqdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ