İran-ABŞ müharibəsini yenidən alovlandıra biləcək yeni cəbhə təhlükəsi


ABŞ Prezidenti Donald Trampın Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin tələbi ilə İrana qarşı planlaşdırılan yeni hücumların təxirə salınması barədə göstəriş verdiyi iddiasından sonra İran yeni bəyanatla çıxış edib.

Turkustan.az xəbər verir ki, İran Tələbələri Xəbər Agentliyinin (ISNA) məlumatına görə, Tehranın Vəliəsr meydanında çıxış edən Ekreminiya ABŞ-ın İrana qarşı təhdidlərinə cavab verib.

Ekreminiya bildirib ki, İran xalqına və ölkənin qanuni hüquqlarına hörmət etmək “düşmən” üçün yeganə çıxış yoludur və əlavə edib: “Əgər düşmən yenidən yanlış addım atarsa və sionist rejimin (İsrail) tələsinə düşərək İrana hücum edərsə, yeni alətlər və metodlarla yeni cəbhələr açılacaq”.

O, İran Silahlı Qüvvələrinin Hörmüz boğazı üzərindəki nəzarətinə də toxunaraq, boğazın statusunun müharibədən əvvəlki dövrdəki kimi olmayacağını bildirib.

Ekreminiya əlavə edib ki, İran Silahlı Qüvvələri atəşkəs prosesinə müharibə şəraiti kimi yanaşır və buna uyğun hazırlıqlar görür. O, ölkəsinin mühasirəyə alına bilməyəcəyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ