Abbas Əraqçi Benyamin Netanyahunun müharibə dövründə Birləşmiş Ərəb Əmirliklərinə səfər etdiyi barədə iddialara münasibət bildirib.
Turkustan.az xəbər verir ki, Əraqçi ABŞ-da fəaliyyət göstərən X platforması hesabında paylaşdığı açıqlamada deyib:
“İran təhlükəsizlik orqanlarının uzun müddət əvvəl rəhbərliyimizə çatdırdıqlarını artıq ictimaiyyətə açıqlayırıq”.
İran xalqına qarşı düşmənçiliyi “axmaq bir qumar” adlandıran Əraqçi əlavə edib:
“Bunu İsraillə gizli əməkdaşlıq yolu ilə etmək bağışlanmazdır. İsraillə əməkdaşlıq edərək bölgədə parçalanma toxumu səpənlər məsuliyyət daşıyacaqlar”.
Əraqçinin açıqlaması Netanyahunun BƏƏ-yə mümkün səfəri ilə bağlı yayılan iddialar fonunda verilib.
Aytən Yaşar/ Turkustan.az