İran münaqişəsi qızışdıqca Çin ABŞ üzərində üstünlük qazanır


Prezident Trampın Pekinə səfəri zamanı "Washington Post" qəzetinin əldə etdiyi məxfi hesabatda İran münaqişəsi davam edərkən Çinin ABŞ üzərində əhəmiyyətli bir üstünlük qazandığı ortaya çıxıb.

Turkustan.az xəbər verir ki, hesabata görə, bu proses Pekinə ABŞ-ın müharibəni necə apardığını müşahidə etmək və gələcək əməliyyatlarını necə planlaşdırmağı öyrənmək imkanı verib.

"The Washington Post" qəzeti ABŞ prezidenti Donald Trampın Çinə 8,5 ildən sonra ilk səfəri zamanı diqqət çəkən bir xəbər dərc edib. Qəzetin əldə etdiyi məxfi kəşfiyyat hesabatında Çinin İranla davam edən münaqişə fonunda ABŞ üzərində əhəmiyyətli bir üstünlük qazandığı ortaya çıxıb.

Hesabatı oxuyan iki ABŞ rəsmisinin sözlərinə görə, ABŞ kəşfiyyatının məxfi təhlili Çinin İrandakı müharibədən hərbi, iqtisadi, diplomatik və digər sahələrdə ABŞ üzərində üstünlüyünü artırmaq üçün necə istifadə etdiyini ətraflı şəkildə göstərir.

Rəsmilərin sözlərinə görə, qiymətləndirmə Tramp Pekində Çin prezidenti Si Cinpinlə görüşərkən Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn üçün hazırlanıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ