Tramp: Onlar hərbi cəhətdən məğlub oldular


ABŞ prezidenti Donald Trump İranın hərbi imkanlarına ciddi zərbə vurduqlarını iddia edərək, “Onlar hərbi cəhətdən məğlub olublar” açıqlamasını verib.

Turkustan.az xəbər verir ki, Tramp bu fikirləri “Full Measure” xəbər platformasına müsahibəsi zamanı səsləndirib. O, İranın hava, dəniz və quru qüvvələrinə böyük ziyan vurulduğunu bildirərək, ABŞ-ın Tehranın nüvə silahı əldə etməsinə heç vaxt imkan verməyəcəyini vurğulayıb.

“Bəlkə də bunu tam anlamırlar, amma düşünürəm ki, başa düşürlər, çünki hazırda bunun nəticələri ilə məşğuldurlar”, – deyə Tramp bildirib.

ABŞ prezidenti həmçinin İranın əvvəlcə razılığa yaxın olduğunu, lakin sonradan geri çəkildiyini iddia edib və Tehran rəhbərliyini “çətin qrup” adlandırıb.

Tramp əlavə edib ki, “Əgər bu gün geri çəkilsək, onların yenidən toparlanması 20 il çəkər”.

Müsahibəni aparan jurnalist Sharyl Attkisson bildirib ki, müsahibənin tam versiyası bazar günü yayımlanacaq, bəzi hissələr isə mərhələli şəkildə ictimaiyyətə təqdim ediləcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ