Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qlobal enerji balansını sarsıdan hərəkətlərinə daha bir addım əlavə edib.
Turkustan.az xəbər verir ki, əvvəllər Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) və OPEC+-dan çıxdığını elan edən ölkə indi də Ərəb Neft İxrac Edən Ölkələr Təşkilatından (OAPEC) çıxdığını elan edib.
OAPEC-in yazılı açıqlamasında bildirilib ki, BƏƏ-nin Energetika və İnfrastruktur naziri Süheyl əl-Məzrui təşkilatın hazırkı sədri, Liviyanın Neft və Qaz naziri Xəlifə Rəcəb Əbdülsəddiqə rəsmi məktubla çıxış qərarı barədə məlumat verib. Bəyanatda əlavə edilib ki, bu qərar 1 may 2026-cı il tarixindən qüvvəyə minib.
BƏƏ-nin qərarı bu yaxınlarda OPEC və OPEC+ təşkilatlarından çıxdığını elan etməsinin davamı kimi qəbul edilir. Əbu-Dabi hökuməti daha əvvəl 1 may 2026-cı il tarixindən etibarən hər iki əsas neft alyansından çıxdığını elan etmişdi. Rəsmi açıqlamalarda bu addımın ölkənin uzunmüddətli iqtisadi məqsədləri, enerji sektorunun transformasiyası və istehsal gücünü artırmaq strategiyası ilə əlaqəli olduğu vurğulanırdı.
Aytən Yaşar/ Turkustan.az