Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə mümkün razılaşmanın yaxın olması ilə bağlı fikirlərinə münasibət bildirib.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Onun sözlərinə görə, “yaxın razılaşma” anlayışı qeyri-müəyyəndir və Rusiya üçün əsas məqsəd hədəflərə sülh sazişi yolu ilə nail olmaqdır.
Peskov əlavə edib ki, əgər Ukrayna hakimiyyəti razılaşmaya meylli olmazsa, Moskva öz məqsədlərinə hərbi əməliyyatlar vasitəsilə çatmağa çalışacaq.
Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin və Donald Tramp arasında telefon danışığı baş tutub.
Söhbət zamanı ABŞ lideri Ukrayna ilə bağlı razılaşmanın yaxınlaşdığını bildirib. O, həmçinin hərbi əməliyyatlara tezliklə son qoyulmasının vacibliyini vurğulayıb və buna kömək etməyə hazır olduğunu bildirib./Globalinfo.az