ABŞ Müdafiə Nazirliyinin rəsmiləri ABŞ-ın İrana hücumlarının 25 milyard dollar dəyərində olduğunu iddia etsələr də, faktiki xərcin 50 milyard dollar olduğu iddia edilir.
Turkustan.az xəbər verir ki, CBS xəbər agentliyinin məsələyə yaxın mənbəyə istinadən verdiyi məlumata görə, ABŞ-ın İrana hücumlarının dəyəri ictimaiyyətə açıqlanan rəqəmdən təxminən iki dəfə çoxdur.
Rəsmi şəxs qeyd edib ki, Pentaqon rəsmiləri bu həftə Konqresə verdikləri ifadələrdə əməliyyatın dəyərinin təxminən 25 milyard dollar olduğunu bildiriblər, lakin bu rəqəm reallığı əks etdirmir.
Pentaqon rəsmiləri tərəfindən açıqlanan rəqəmlərə zədələnmiş və ya itirilmiş avadanlıqların dəyəri daxil olmadığını bildirən rəsmi, əsl rəqəmin təxminən 50 milyard dollar olduğunu əlavə etdi.
Aytən Yaşar/ Turkustan.az