Tramp: "İran bizimlə razılaşma əldə etməyə can atır"


ABŞ Prezidenti Donald Tramp İranın ordusuna və iqtisadiyyatına ciddi zərbə vurduqlarını iddia edib.

Turkustan.az xəbər verir ki, Tramp Oval Ofisdə prezident fərmanının imzalanma mərasimindən sonra İranla bağlı açıqlamalar verib. O bildirib ki, İranla danışıqlar davam edir, lakin detallardan yalnız özü və məhdud sayda şəxs məlumatlıdır. Trampın sözlərinə görə, Tehran rejiminin razılığa gəlməkdən başqa seçimi yoxdur.

ABŞ prezidenti çıxışında İrana qarşı “hərbi əməliyyat” həyata keçirdiklərini vurğulayıb. O, əvvəlcə bunu “müharibə” kimi xarakterizə etməsə də, sonradan çıxışında “müharibə” ifadəsini işlədib.

Tramp həmçinin İran rəhbərliyi ilə bağlı fikirlərini bölüşərək qeyd edib: “İran bizimlə razılaşmaq istəyir. Biz onların ordusunu məhv etdik və iqtisadiyyatları tamamilə fəlakət vəziyyətindədir. Görək nə qədər davam gətirə bilərlər.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ