Qəzzaya humanitar yardım çatdırmaq üçün yola çıxan “Qlobal Sumud Flotilla” Aralıq dənizində İsrail donanması tərəfindən saxlanılıb.
Turkustan.az xəbər verir ki, 39 ölkədən 345 nəfərin iştirak etdiyi və 58 qayıqdan ibarət donanmaya beynəlxalq sularda müdaxilə edildiyi bildirilir. İsrail hərbçilərinin bəzi gəmilərə mindiyi anlar kameraya düşüb.
Məlumata görə, 7 qayıq müsadirə olunub, 22 gəmi ilə əlaqə kəsilib. Donanmada 31 türk fəalın da olduğu qeyd olunur.
İsrail Ordusu Radiosunun yaydığı məlumata əsasən, rəsmi mənbə donanmanın İsrail sahillərindən uzaq məsafədə ələ keçirilməsinə başlanıldığını açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az