Ağ Evdə İranla bağlı kritik görüş: Qərar nə olacaq?


Bu gün ABŞ prezidenti Donald Trampın kəşfiyyat icmasının nümayəndələri ilə Ağ Evdə qapalı brifinqi planlaşdırılır.

Turkustan.az xəbər verir ki, Amerika liderinin iş qrafikinə əsasən, media üçün qapalı keçiriləcək görüş yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayacaq. Bu tədbir ABŞ-ın İrana qarşı yeni hərbi əməliyyatlar hazırlaması ehtimalı ilə bağlı geniş yayılmış media xəbərləri fonunda elan edilib. Xüsusilə AxiosABŞ Mərkəzi Komandanlığının (CENTCOM) İran hədəflərinə qarşı bir sıra "qısa və güclü" zərbələr endirmək üçün plan hazırladığına dair məlumat yayıb. Nəşrin məlumatına görə, bu ssenari Tehranla nüvə danışıqlarındakı çıxılmaz vəziyyəti aradan qaldırmaq və İran rəhbərliyinə təzyiqi artırmaq məqsədi daşıyır.

Eyni zamanda Bloomberg agentliyi Mərkəzi Komandanlığın (CENTCOM) İrana qarşı potensial istifadə üçün Yaxın Şərqə Dark Eagle hipersəs raket sisteminin yerləşdirilməsini tələb etdiyini bildirib. Qeyd olunur ki, bu tələblə bağlı yekun qərar hələ verilməyib, lakin onun təsdiqlənməsi Amerika hipersəs silahlarının ilk dəfə döyüşdə istifadəsini təmin edəcək. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ