Xəbər verdiyimiz kimi, aprelin 25-də Ağ Ev Müxbirləri Assosiasiyası əməkdaşlarının “Vaşinqton Hilton” hotelindəki qəbulu zamanı atışma baş verib.
Turkustan.az bildirir ki, hadisə baş verən zaman prezident, birinci xanım və vitse-prezident Ceyms Di Vens də daxil olmaqla, əsas kabinet üzvləri ilə birlikdə otaqda idi.
“New York Post” qəzetinin jurnalisti Kerol Markoviçin məlumatına görə, atəş açan şəxs Kaliforniyanın Torrens şəhərindən olan 31 yaşlı Kol Tomas Allen olub.
Şübhəli hadisə yerində saxlanılıb, Prezident xəsarət almayıb. Vaşinqtonun federal prokuroru Janin Pirro deyib ki, saxlanılan şəxs 27 aprel bazar ertəsi günü məhkəmə qarşısına çıxacaq.
“Guardian” qəzeti hadisənin maraqlı görüntülərini paylaşıb.
Həmin fotoları təqdim edirik:









