Ukrayna müharibəsi belə bitəcək – NATO açıqladı


NATO-nun baş katibi Mark Rutte Ukraynadakı münaqişənin açıq qalib olmadan başa çatacağını düşünür.

Turkustan.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Belə müharibələr həmişə sülh sazişi ilə başa çatır və bu saziş çox vaxt müəyyən mənada kompromis olur”, – deyə Rutte bildirib.

O, “xüsusi hərbi əməliyyat” başa çatdıqdan sonra da Avropanın Rusiyaya qarşı ayıq-sayıq olmalı olduğunu bir daha vurğulayıb.

Bununla yanaşı, NATO-nun baş katibi Moskva tərəfindən birbaşa təhlükənin olmadığını qeyd edib. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ