İsrail prezidenti İsaak Herzoq ABŞ prezidenti Donald Trampın İsrailə 4 milyard dollarlıq yardımı dayandırmaq qərarından əvvəlcədən xəbərdar edilmədiyini bildirib.
Turkustan.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
Herzoq İsrail müxalifət blokunun ən güclü partiyası olan Yaşarın nümayəndə heyəti ilə məsləhətləşmə görüşündə Amerika yardımının dayandırılması məsələsinin onu ciddi narahat etdiyini vurğulayıb.
“Amerika yardımının kəsilməsi məsələsi məni çox narahat edir. Çox narahat edir”, – deyə, o bildirib.
ABŞ-da ara seçkilərin keçirildiyi noyabrın 3-də Trampın İsrailə 4 milyard dollarlıq yardımı dayandırmaq qərarını şərh edən Herzoq bunu gözlənilməz addım adlandırıb: “Bu, mənə ildırım kimi dəydi”.
İsrail prezidenti Vaşinqtonla münasibətlərin qorunmasının vacibliyini də qeyd edib. O bildirib ki, bunun üçün ölkədə hökumət qurulmalı və növbədənkənar seçkilərdən yayınmaq lazımdır.
Aytən Yaşar/Turkustan.az