İsrail Baş Qərargah rəisi Eyal Zamir bildirib ki, İran və Livanla müvəqqəti atəşkəs rejimi hələ də qüvvədə olsa da, ordu bütün cəbhələrdə döyüşə qayıtmağa hazırdır.
Turkustan.az xəbər verir ki, Zamir Prezident İqamətgahında keçirilən tədbirdə çıxış edərək vurğulayıb ki, atəşkəs prosesləri davam etsə də, İsrail ordusu tam hazırlıq vəziyyətindədir və lazım gəldikdə sürətli və güclü şəkildə əməliyyatlara başlaya bilər.
İsrail mətbuatının məlumatına görə, Zamir əsgərlərə müraciətində ordunun yüksək hazırlıq səviyyəsini qoruduğunu və bütün istiqamətlərdə hərbi fəaliyyətə qısa müddətdə qayıtmaq imkanına malik olduğunu qeyd edib.
Eyni zamanda, ABŞ prezidenti Donald Tramp Pakistanın xahişi əsasında İranla bağlı razılaşma təklifi təqdim olunana qədər atəşkəsin uzadılması barədə qərar qəbul edildiyini açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az