Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya zərbələri nəticəsində zədələnmiş Drujba neft kəmərinin bir hissəsində təmir işləri başa çatıb və fəaliyyət bərpa oluna bilər.
Turkustan.az xəbər verir ki, dövlət başçısı bu açıqlamanı hökumət rəsmiləri və tərəfdaşlarla enerji əməkdaşlığı üzrə prioritetləri müzakirə etdikdən sonra verib.
Zelenski qeyd edib ki, Avropa İttifaqı ilə aparılan danışıqlarda da bildirildiyi kimi, Ukrayna zədələnmiş hissədə bərpa işlərini tamamlayıb: “Boru kəməri fəaliyyətini bərpa edə bilər. Hərçənd Rusiyanın bu infrastruktura yenidən zərbə endirməyəcəyinə zəmanət yoxdur, mütəxəssislərimiz sistemin və avadanlıqların bərpası üçün əsas şərtləri təmin ediblər.”
Prezident əlavə edib ki, bu proses Avropa Şurası tərəfindən təsdiqlənmiş Ukraynaya dəstək paketinin blokdan çıxarılması ilə də əlaqələndirilir.
Aytən Yaşar/ Turkustan.az