Qətər xəbərdarlıq edib ki, ABŞ ilə İran arasında atəşkəs danışıqları nəticəsiz qalarsa və Hörmüz boğazı bağlı vəziyyətdə davam edərsə, regional böhran qlobal miqyas ala bilər.
Turkustan.az xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari Dohada keçirilən mətbuat konfransında regiondakı son vəziyyəti şərh edib.
Ənsari bildirib ki, Hörmüz boğazının bağlı qalması ciddi risklər yaradır. Onun sözlərinə görə, Qətər bütün tərəflərlə, xüsusilə ABŞ ilə daimi təmasdadır və İslamabadda keçirilən ABŞ–İran danışıqlarını yaxından izləyir.
O vurğulayıb ki, Qətər bu danışıqlarda birbaşa vasitəçi deyil, lakin Pakistanın vasitəçilik səylərini dəstəkləyir və tərəflərdən konkret nəticə gözləyir.
Ənsari qeyd edib: “Hörmüz boğazının bağlı qalması böhranı regional səviyyədən çıxararaq qlobal böhrana çevirə bilər. Bu problemin həlli yalnız bir ölkənin deyil, bütün beynəlxalq ictimaiyyətin məsuliyyətidir.”
Aytən Yaşar/ Turkustan.az