Donbasa Trampın adı verilə bilər


Son aylarda sülh danışıqları zamanı Ukrayna rəsmiləri Rusiyanın hələ də döyüşdüyü Donbasın bir hissəsinin "Donnilənd" adlandırıla biləcəyi fikrini irəli sürüblər.

Turkustan.az xəbər verir ki, bu barədə "Nyu York Tayms" qəzeti məlumat yayıb.

Bildirilib ki, bu təklif qlobal reallığı əks etdirir və Amerika gücünü öz tərəflərinə çəkmək məqsədi daşıyır:

"Polşa 2018-ci ildə ABŞ hərbi bazasına ev sahibliyi etmək istəyəndə bu ideyanı Fort Tramp kimi irəli sürdü. Ermənistan və Azərbaycan ötən il Ağ Evdə sülh müqaviləsi imzalayanda yaranan nəqliyyat əlaqəsini "Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu" adlandırdılar”. /axar.az/


MANŞET XƏBƏRLƏRİ