"Bu gün Bakı Metropolitenində baş verən texniki nasazlıq nəticəsində insan itkisi olmayıb".
Tuekustan.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında qeyd edib.
"Bu gün saat 12:10 radələrində Ulduz-Nərimanov mənzilində aralıq kabelində baş vermiş qısa qapanma nəticəsində təmas relsinə gərginliyin verilməsində kəsinti yaranıb. Yüksək gərginliklə elektrik enerjisinin verilməsi kəsilib. Bu səbəbdən həmin mənzildə qatarların hərəkət etməsi mümkün olmayıb. Texniki insident nəticəsində hər hansı bir insan itkisi olmayıb.
Sərnişinlərimizin sağlamlığı, təhlükəsizliyi Bakı metropoliteni üçün prioritet olduğu üçün dərhal müvafiq tədbirlər görülüb. İlk növbədə, bütün stansiyalarda sərnişin axınının tənzimlənməsiylə bağlı təlimatlar verilib, dərhal texniki araşdırma üzrə araşdırma aparılıb".
Qeyd edək ki, bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.
Bu səbəbdən "Bakı Metropoliteni" QSC-nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib
Hərəkət 15:00-da bərpa edilib.