Asiya ölkəsində şok hadisə! Hərbi təlimdə əsgərlər həlak oldu


Yaponiyanın cənubundakı Oita şəhərindəki Hijudai Təlim Poliqonunda 10-cu Tip tanklarının iştirakı ilə keçirilən döyüş atışlı təlim zamanı tanklardan biri partlayıb.

Turkustan.az xəbər verir ki, Yaponiya Quru Özünümüdafiə Qüvvələri bildirib ki, tank mərmisi atılmadan əvvəl partlayıb və nəticədə üç əsgər həlak olub, digər bir əsgərin isə üzündə yanıqlar yaranıb.

Yaponiya Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi Masayoşi Arai hadisə ilə bağlı araşdırma başlandığını və eyni sursatlardan istifadə edən 10-cu və 90-cı tipli tanklarla atış təlimlərinin dayandırıldığını açıqladı. Arai bildirib ki, "Qəzanın səbəbini mümkün qədər tez müəyyən edəcəyik ki, qabaqlayıcı tədbirlər görülsün".

"Type 10" Yaponiyanın 2011-ci ildə istifadəyə verdiyi dördüncü nəsil tank modeli kimi tanınır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ