Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib ki, Livanda atəşkəs əldə olunana qədər Yaxın Şərqdə sabitlik mümkün deyil.
Turkustan.az xəbər verir ki, CNN-in məlumatına görə , bu barədə o, mətbuat konfransında bildirib.
"Son həftələrin əsas dərsi təhlükəsizliyin bölünməz olmasıdır. Livan alov içində olduğu müddətdə Yaxın Şərqdə və ya Körfəz bölgəsində heç bir sabitlik ola bilməz. Buna görə də bütün tərəfləri Livanın suverenliyinə hörmət etməyə və tam atəşkəs rejimini tətbiq etməyə çağırırıq", - deyə fon der Leyen bildirib.
O, ABŞ və İran arasındakı danışıqlarda vasitəçiliyinə görə Pakistana təşəkkür etdi, eyni zamanda Livan ərazisinə davamlı hücumların "bütün prosesi pozmaq təhlükəsi" yaratdığı barədə xəbərdarlıq etdi.
AŞ rəhbərinin sözlərinə görə, Hörmüz boğazında naviqasiya azadlığı müharibənin iqtisadi nəticələri ilə bağlı "ilkin əhəmiyyət kəsb edir".
Aytən Yaşar/ Turkustan.az