AK Partiyasının sözçüsü Ömər Çelik Uqanda Baş Qərargah rəisi Muhoozi Kainerugabanın sosial mediada Türkiyəyə qarşı təhdid xarakterli paylaşımlar edib sonra onları silməsi ilə bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, Partiyanın Mərkəzi İcraiyyə Komitəsinin iclasından sonra danışan Çelik Türkiyənin Uqanda ilə hər hansı probleminin olmadığını vurğulayıb.
Çelik xatırladıb ki, Kainerugaba əvvəllər də oxşar ziddiyyətli açıqlamalarla gündəmə gəlib. O bildirib: “Türkiyənin Uqanda ilə heç bir problemi yoxdur. Baş Qərargah rəisi bəzən bu cür açıqlamalar verir və biz bunun səbəbini başa düşə bilmirik.”
Aytən Yaşar/ Turkustan.az