İrandan ABŞ-a: Digər kartlarımızı da oynayacağıq!


İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının rəhbəri İbrahim Əzizi ABŞ-ın Hörmüz boğazı ilə bağlı planlarına münasibət bildirib.

Turkustan.az xəbər verir ki, Əzizi ABŞ prezidenti Donald Trampın boğazın blokadaya alınması ilə bağlı açıqlamalarını reallıqdan uzaq və blef kimi qiymətləndirib.

O qeyd edib ki, belə bir addım müharibə aktı sayılacaq və İran buna adekvat cavab verəcək. Əzizinin sözlərinə görə, rəsmi Tehran hələ istifadə etmədiyi digər imkanları da gündəmə gətirə bilər.

Komissiya rəhbəri əlavə edib ki, Hörmüz boğazına müdaxilə cəhdi regional gərginliyi artırmaqla yanaşı, qlobal bazarlarda qeyri-sabitliyə səbəb olacaq. O vurğulayıb ki, vəziyyətin normallaşması üçün İran xalqına hörmət göstərilməsi vacibdir.

Əzizi sonda bildirib ki, müharibədə əldə olunmayan nəticələri danışıqlar masasında tələb etmək düzgün deyil və bu yanaşma qəbul olunmamalıdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ